satellite   Azerspace-1: 11135 H 30000

Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib

Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib

ABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər.

NTV xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətlə tanış olan mənbələr bildiriblər.

Müstəntiqlər Birləşmiş Qərargah Rəisləri Komitəsinin hərbi qulluqçularından və mülki əməkdaşlarından jurnalistlərə məxfi məlumat ötürüb-ötürmədiklərini, eləcə də ABŞ-nin sursat ehtiyatlarının azalması barədə məlumat bildirib-bildirmədiklərini soruşublar.

Poliqraf yoxlamaları avqust ayında, uzaqmənzilli raketlər daxil olmaqla, ən mühüm sursat ehtiyatlarının azalması barədə silsilə yazıların dərcindən sonra aparılıb.

Mənbələrin sözlərinə görə, genişmiqyaslı yoxlama təkcə mümkün sızıntı mənbələrini aşkara çıxarmağa deyil, həm də gələcəkdə bu cür məlumatları ötürə biləcək digər əməkdaşları qorxutmağa yönəlib.

Yoxlamanın nəticələri barədə məlumat verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM