Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürmanın və adanın yunan icmasının lideri Nikos Xristodulidisin sentyabrın 2-də keçirilməsi planlaşdırılan görüşü sərnişin bərəsinin qəzaya uğraması ilə əlaqədar təxirə salınıb.
NTV xəbər verir ki, liderlərin görüşünün vaxtı sentyabrın 9-u səhər saatlarına keçirilib.
ŞKTC Prezidenti Tufan Erhürman Kiprin Girnə limanından Türkiyənin Mersin vilayəti istiqamətində hərəkət edən FİLOJET gəmisində itkin düşmüş 18 nəfərin axtarış-xilasetmə əməliyyatının davam etdiyini bildirib.
Bərələrin bu istiqamətdə hərəkəti dayandırılıb.
