satellite   Azerspace-1: 11135 H 30000

Arizona ştatında daşqın nəticəsində bir nəfər ölüb, 14 nəfər itkin düşüb

Arizona ştatında daşqın nəticəsində bir nəfər ölüb, 14 nəfər itkin düşüb

ABŞ-nin Arizona ştatının Böyük Kanyon ərazisində baş verən daşqın nəticəsində bir nəfər ölüb, 14 nəfər itkin düşüb.

NTV xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Milli Park Xidməti məlumat yayıb.

Bildirilib ki, şənbə günü güclü sel milli parkın aşağı hissəsində yerləşən düşərgələri və piyada yürüş marşrutlarını basıb. Bazar günü günortadan sonra insanların hava yolu ilə təxliyəsi davam etdirilib.

Son məlumata görə, park ərazisində çaydan bir nəfərin meyiti çıxarılıb. Ölən şəxsin kimliyi hələlik açıqlanmayıb.

“NBC News” isə müvafiq qurumlar tərəfindən daşqının ziyan vurduğu ərazilərdən 62 nəfərin təxliyə edildiyini, eyni zamanda, zərərin qiymətləndirilməsi ilə bağlı işlərin aparıldığını yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM