satellite   Azerspace-1: 11135 H 30000

Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib

Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib

Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyası bir həftədən artıqdır ki, xarici enerji təchizatından məhrumdur və hazırda fövqəladə dizel generatorlarından istifadə edir.

NTV xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, altı fəaliyyətsiz reaktorunun soyudulmasını təmin etmək üçün elektrik enerjisinə ehtiyacı olan stansiyanın ərazisində cəmi 10 günlük dizel yanacağı ehtiyatı var. AES-in altı aydır ki, stansiyadan kənarda yerləşən yanacaq anbarına dizel yanacağı tədarükü olmayıb. Bununla belə, cümə axşamı və cümə günü stansiyaya başqa bir kənar mənbədən dizel yanacağı çatdırılıb.Atom elektrik stansiyası xarici enerji təchizatını itirdikdə dizel yanacağının mövcudluğu son dərəcə böyük əhəmiyyət daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM