satellite   Azerspace-1: 11135 H 30000

Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 160 nəfər xilas edilib, ölənlər var - YENİLƏNİB

Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 160 nəfər xilas edilib, ölənlər var<font color='red'> - YENİLƏNİB</font>

Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.

NTV xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyini bildirib.

ŞKTC Baş naziri gəminin batması nəticəsində ölənlərin də olduğunu qeyd edib.

***

saat 15.09

Şimali Kiprin Girnə şəhəri yaxınlığında 260 nəfəri daşıyan sərnişin gəmisi batıb.

NTV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, gəmi sahildən təxminən 4 mil (təxminən 6.44 kilometr) aralıda batıb.

Hazırda xilasetmə qrupları tərəfindən axtarış-xilasetmə işləri aparılır.

Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM