Ermənistanın Baş naziri Nikol Paşinyan katolikos II Qareginlə Erməni Apostol Kilsəsi ilə bağlı islahat proqramını müzakirə etməyə hazır olduğunu bildirib.
NTV Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Əgər II Qaregin və ya Ktriç Nersisyan Erməni Apostol Kilsəsi ilə bağlı islahatlar proqramını qəbul edərlərsə, mən bu proqramı müzakirə edəcəyəm. İslahatlar proqramı aydın şəkildə formalaşdırılıb: düzgün davranış qaydaları və onlara əməl edilməsi üçün dəqiq mexanizmlər", - Paşinyan bildirib.
