satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan MSK Qurultaya seçkilərdə səsvermənin nəticələrini açıqlayıb

Qazaxıstan MSK Qurultaya seçkilərdə səsvermənin nəticələrini açıqlayıb

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 23-də keçirilmiş Qazaxıstan Respublikasının Qurultayına deputat seçkilərində səsvermənin nəticələrini açıqlayıb.

NTV Qazaxıstan MSK-ya istinadla xəbər verir ki, seçici siyahılarına 12 milyon 623 min 289 nəfər daxil edilib. Səsvermədə 9 milyon 351 min 539 seçici səs verib. Yekun seçici fəallığı 74,08 faiz olub.

Səsvermənin nəticələrinə əsasən, “Әділет” partiyasına 6 milyon 528 min 948 nəfər səs (71,17) verib. “Aуыл” partiyası 574 min 621 (6,26 faiz), “Respublica” partiyası 509 min 631 (5,56 faiz), Qazaxıstanın Demokratik Partiyası “Ақ жол” 478 min 83 (5,21 faiz), Ümumxalq Sosial-Demokrat Partiyası isə 469 min 58 (5,11 faiz), Qazaxıstan Xalq Partiyası 285 min 395 (3,11 faiz), Qazaxıstanın “Байтақ” Yaşıllar Partiyası isə 97 min 751 səs (1,07 faiz) toplayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM