satellite   Azerspace-1: 11135 H 30000

Tramp ABŞ tarixində ən böyük viza ləğvinə hazırlaşır

Tramp ABŞ tarixində ən böyük viza ləğvinə hazırlaşır

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkədə sığınacaq almaq üçün müraciət etmiş 200 minədək əcnəbinin iş və turist vizalarını ləğv etməyə hazırlaşır.

NTV xəbər verir ki, bu barədə "Associated Press" ABŞ Dövlət Departamentinin sənədlərinə istinadən məlumat yayıb.

Qərar qəbul olunarsa, bu, ABŞ tarixində ən böyük kütləvi viza ləğvi olacaq.

Dövlət Departamenti Daxili Təhlükəsizlik Nazirliyi ilə koordinasiyalı şəkildə 2016-cı ildən 2026-cı ilədək olan dövrdə verilmiş B1 və B2 vizalarının ləğv edildiyini elan edəcək. Bu, yaxın həftələrdə baş verməlidir.

Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott planları dolayısı ilə təsdiqləyib. O bildirib ki, təmsil etdiyi qurum ABŞ-yə qısamüddətli gələn, ardınca isə daimi yaşamaq məqsədilə sığınacaq üçün müraciət edən əcnəbilərin qeyri-immiqrasiya vizalarının müəyyən edilməsi və ləğv olunması üzərində işləyir. Bununla belə, o, ləğv edilə biləcək vizaların sayını açıqlamayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM