satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb

Şərqi Nusa-Tenqarada (İndoneziya) 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə İndoneziya mediası Milli Təbii Fəlakətlərin İdarə Olunması Agentliyinə istinadən məlumat yayıb.

"Vurğulamaq lazımdır ki, zəlzələ nəticəsində həlak olan 100 nəfər ağır xəsarətlər almışdılar və tibb müəssisələrində müalicə olunurdular. Lakin onları xilas etmək mümkün olmayıb", - agentlikdən qeyd edilib.

Zəlzələ nəticəsində 1 603 nəfər yaralanıb, 180 327 nəfər isə qaçqın düşərgələrində yerləşmək məcburiyyətində qalıb.

İyunun 15-də baş vermiş zəlzələdən sonra 6 409 afterşok qeydə alınıb. Onlardan ən güclüsü 6,2 maqnitudalı olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM