satellite   Azerspace-1: 11135 H 30000

Koşta: Ukraynaya dəstək lazım olduğu qədər davam etdiriləcək

Koşta: Ukraynaya dəstək lazım olduğu qədər davam etdiriləcək

Avropa İttifaqı (Aİ) Ukraynaya nə qədər lazımdırsa siyasi, maliyyə, humanitar, hərbi və diplomatik dəstək göstərməkdə davam edəcək.

NTV-yə məlumatına görə, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Kiyevdə Ukraynanın müstəqilliyinin 35-ci ildönümü mərasimində çıxış edərkən bildirib.

"Biz nə qədər lazımdırsa və nə qədər müddətə lazımdırsa dəstək göstərməkdə davam edəcəyik", - Koşta deyib.

Onun sözlərinə görə, Moskva hərbi əməliyyatları dayandırmayana və sülhə həqiqi sadiqliyini nümayiş etdirməyənə qədər, Aİ Rusiyaya təzyiqləri artıracaq.

O, həmçinin Ukraynanın Aİ-yə daxil olmasını dəstəklədiyini təsdiqləyərək, onun gələcək üzvlüyünü həm ölkənin özü, həm də bütövlükdə Avropa üçün "təhlükəsizliyin və uzunmüddətli demokratik sabitliyin ən yaxşı təminatı" adlandırıb.

"Rusiya qalib gəlməyəcək", - Koşta bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM