satellite   Azerspace-1: 11135 H 30000

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

“Fərat qalxanı” antiterror əməliyyatı dünyaya Türkiyə ordusunun gücünü, Ankaranın terror təzahürlərinə, münaqişələrin və regionda qeyri-sabitliyin qızışdırılmasına qarşı mübarizə əzmini nümayiş etdirib.

NTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında keçirilmiş “Fərat qalxanı” əməliyyatının başlanmasının 10-cu ildönümü münasibətilə yaydığı bəyanatda bildirib.

Türkiyə lideri terrorçularla mübarizədə həlak olan şəhidlərin xatirəsini yad edib, Türkiyə Silahlı Qüvvələrinin veteranlarına təşəkkürünü bildirib.

“Fərat qalxanı” əməliyyatının 10-cu ildönümü münasibətilə Türkiyənin Milli Müdafiə Nazirliyi də bəyanatla çıxış edib.

Əməliyyat 2016-cı il avqustun 24-də Türkiyənin dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və Suriyanın şimalındakı terrorçu ünsürlərə qarşı mübarizə məqsədilə başladılıb.

Türkiyə Silahlı Qüvvələrinin və Suriya Milli Ordusunun bölmələrinin iştirak etdiyi əməliyyat Suriyanın şimalında Cerablus rayonundan Əl-Bab şəhərinədək olan əraziləri əhatə edib.

Əməliyyat 2017-ci il martın 29-da Suriya ərazisinin bir hissəsinin İŞİD terrorçularından və digər cinayətkar ünsürlərdən tamamilə təmizlənməsi ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM