satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya yaxın 2 ildə ADB-nin Direktorlar Şurasına sədrlik edəcək

Yaponiya yaxın 2 ildə ADB-nin Direktorlar Şurasına sədrlik edəcək

Yaponiya 2026-2027-ci illərdə Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasına sədrlik edəcək.

NTV-nin  məlumatına görə, bunu Şuranın sədri, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev ADB-nin 59-cu illik iclasının işgüzar sessiyasında bildirib.

"Yaponiyadan olan idarəedici 2026-2027-ci illər üçün Direktorlar Şurasının sədri, Almaniya və Timor-Leştidən olan idarəedicilər isə 60-cı illik toplantının başa çatmasına qədər olan müddətə onun müavinləri vəzifəsinə təsdiq olunur. Həmkarlarımı bu vəzifələrə təyinatları münasibətilə təbrik edirəm", - o vurğulayıb.

Yaponiyadan olan idarəedici ölkənin maliyyə naziri, maliyyə xidmətləri üzrə dövlət naziri, vergitutma və subsidiyalar sahəsində xüsusi tədbirlərin yenidən nəzərdən keçirilməsinə görə məsul olan nazir Satsuki Katayamadır. Almaniya üzrə bu vəzifələri Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Yohann Zaathoff, Timor-Leşti üzrə isə maliyyə naziri Santina Joze Rodriqes Ferreyra Vieqas Kardoso icra edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM