satellite   Azerspace-1: 11135 H 30000

Malatyada sərnişin avtobusu dərəyə aşıb, 4 nəfər ölüb, 15 nəfər yaralanıb

Malatyada sərnişin avtobusu dərəyə aşıb, 4 nəfər ölüb, 15 nəfər yaralanıb

Türkiyənin Malatya vilayətinin Doğanşehir rayonunda sərnişin avtobusu dərəyə aşıb.

NTV xəbər verir ki, ilkin məlumatlara görə, Malatya-Adıyaman yolunda baş verən qəza nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə yerinə polis, jandarma, səhiyyə və yanğınsöndürmə qrupları göndərilib.

Malatya valisi Seddar Yavuz yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparıldığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM