satellite   Azerspace-1: 11135 H 30000

Maqadandakı kömür mədənində 4 nəfərin meyiti aşkarlanıb

Maqadandakı kömür mədənində 4 nəfərin meyiti aşkarlanıb

Rusiyanın Maqadan bölgəsindəki kömür mədənində aparılan axtarışlar zamanı dörd nəfərin meyiti tapılıb.

NTV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

"Mayın 3-də Susumanski şəhər rayonunda axtarış-xilasetmə əməliyyatları zamanı dörd nəfərin meyiti aşkar edilib. İlkin məlumata görə, dağıntılar altında səkkiz nəfərə qədər insan qala bilər", - deyə açıqlamada bildirilir.

Qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatları gecə-gündüz davam edir.

Xatırladaq ki, aprelin 30-da Maqadan bölgəsindəki Kadıkçanski açıq kömür mədənində sel nəticəsində qaya kütləsi uçqunu baş verib

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM