satellite   Azerspace-1: 11135 H 30000

Beş ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə ekstradisiya edib

Beş ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə ekstradisiya edib

Gürcüstan, Almaniya, Albaniya, Xorvatiya və İran səlahiyyətliləri İnterpolun qırmızı bülleteni ilə axtarışda olan ümumilikdə altı nəfəri, həmçinin yerli axtarışda olan iki Türkiyə vətəndaşını Türkiyəyə ekstradisiya edib.

 

NTV  xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bazar günü sosial şəbəkədəki paylaşımında bildirib.

 

Nazir qeyd edib ki, cinayətkarların əksəriyyəti Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən Ankaraya təhvil verilib.

 

Türkiyəyə gətirilən şəxslər fiziki zərərvurma, banditizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, maliyyə cinayətləri və digər cinayətlərdə ittiham olunaraq axtarışa verilib.

 

A.Yerlikaya axtarışda olan şəxslərin təhvil verilməsinin təşkilində iştirakına görə Türkiyə Ədliyyə Nazirliyinin əməkdaşlarına minnətdarlığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM