satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna bölgələrinə kütləvi hava hücumu edilib, ölənlər və xəsarət alanlar var

Ukrayna bölgələrinə kütləvi hava hücumu edilib, ölənlər və xəsarət alanlar var

Ötən gecə Ukrayna yenidən Rusiyanın kütləvi və çoxkombinasiyalı birgə hücumuna məruz qalıb. Rusiya pilotsuz təyyarələrdən və müxtəlif növ raketlərdən istifadə edib.

 

NTV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

 

Prezidentin sözlərinə görə, Rusiya ordusu 50-dən çox raket və qanadlı raket, 500-ə yaxın pilotsuz uçuş aparatı atıb. Lvov, İvano-Frankivsk, Zaporojya, Çerniqov, Sumı, Xarkov, Xerson, Odessa və Kirovoqrad vilayətləri vurulub.

 

"Hazırda hücumda təxminən 10 nəfərin yaralandığı barədə məlumatımız var. Təəssüf ki, 5 nəfər həlak olub. Bu terror nəticəsində yaxınlarını itirən hər kəsə dərin hüznlə başsağlığı veririk", - deyə Zelenski bildirib.

 

Prezident əlavə edib ki, lazım olan yerlərdə xilasetmə və bərpa işləri davam etdirilir. O, mütəmadi olaraq daxili işlər naziri İqor Klimenko, icma və ərazi inkişafı naziri Oleksiy Kuleba, regional hərbi idarələrin rəhbərləri və “Naftoqaz”ın baş direktoru Sergey Koretskidən hesabatlar alır.

 

"Bu gün ruslar yenidən infrastrukturumuza, insanların normal yaşayışını təmin edən hər şeyə hücum etdilər”, - deyə dövlət başçısı bildirib.

 

Zelenski, həmçinin səmada atəşkəsin mümkün olduğunu və bunun əsl diplomatiyaya yol aça biləcəyini vurğulayıb.

 

"Amerika və Avropa Putini dayanmağa məcbur etmək üçün hərəkətə keçməlidir", - deyə Ukrayna Prezidenti əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM