satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Zaporojye şəhərinə hücumu nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyanın Zaporojye şəhərinə hücumu nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb

 

Oktyabrın 6-na keçən gecə Rusiya Zaporojye şəhərinə hava zərbələri endirib.

NTV xəbər verir ki, bu barədə Zaporojye Vilayəti Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov teleqramda bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Zaporojyeyə qarşı düşmən hücumu nəticəsində tibbi yardıma ehtiyacı olan insanların sayı artıb. Hadisə yerlərində təcili yardım briqadaları işləyir. Yaralılara zəruri tibbi yardım göstərilir", – deyə o əlavə edib.

O əlavə edib ki, yaralananlar arasında 16 yaşlı qız da var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM