satellite   Azerspace-1: 11135 H 30000

Türk Hava Yollarının donanması 2033-cü ilə qədər 813 təyyarəyə çatacaq

Türk Hava Yollarının donanması 2033-cü ilə qədər 813 təyyarəyə çatacaq

Türkiyənin milli aviadaşıyıcısı olan Türk Hava Yolları (THY) 225 yeni təyyarə almağı planlaşdırır. Artıq 75 təyyarə ilə bağlı müqavilə imzalanıb.

NTV  xəbər verir ki, bu barədə jurnalistlərə THY-nin sədri Ahmet Bolat məlumat verib.

Onun sözlərinə görə, Türk Hava Yollarının donanması 2033-cü ilə qədər 813 təyyarəyə çatacaq.

“THY-nin sərnişin dövriyyəsi 85 milyona çatıb, illik gəliri isə 22 milyard dollardır. Hazırda Türk Hava Yollarında bir sərnişinə düşən orta mənfəət 22-23 dollar təşkil edir”, - deyə Bolat bildirib.

O, həmçinin təyyarələrin mühərrikinə texniki qulluq xərclərinə də diqqət çəkib. Bolat əlavə edib: “Mühərrikin texniki baxışı orta hesabla 7-8 milyon dollara başa gəlir. Cəmi 30 il ərzində bir təyyarə altı yoxlamadan keçir. Bu xərcləri minimuma endirmək üçün təyyarə alarkən texniki baxışı istehsalçı ilə əlaqələndirmək lazımdır. Əgər Türk Hava Yolları bunu özü edirsə, öz müəssisəsini yaratmalıdır. Məsələn, şirkətimiz bütün mühərrikləri yoxlamaq üçün öz texniki bazasını qurur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM