satellite   Azerspace-1: 11135 H 30000

Bolqarıstanda daşqınlar nəticəsində 4 nəfər ölüb

Bolqarıstanda daşqınlar nəticəsində 4 nəfər ölüb

Bolqarıstanın cənubunda Qara dəniz sahillərində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 4 nəfər ölüb.

 

NTV  xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi (BTA) məlumat yayıb.

 

Daşqın səbəbindən sahilboyu bir neçə rayonda fövqəladə vəziyyət elan edilib. Elenite kurort kompleksindən bütün sakinlər və turistlər təxliyə edilib. Xilasedicilər və könüllülər şənbə günü dağıntıları təmizləməyə başlayıblar və polis külli miqdarda pul, qızıl-zinət əşyaları və kompüterlər apardıqları aşkarlanan iki şəxsi saxlayıb.

 

İlkin hesablamalara görə, zərərin 25 milyon avrodan çox olduğu ərazilərdə yenidənqurma işlərinə başlanılıb.

 

Bundan əvvəl Milli Hidrologiya və Meteorologiya İnstitutu Bolqarıstanın cənubundakı Qara dəniz sahillərində təsirə məruz qalmış ərazilərə cəmi bir neçə saat ərzində təqribən 250 mm, bəzi yerlərdə isə 400 mm-dən çox yağıntının yağdığını bildirib. Sinoptiklər xəbərdarlıq edir ki, gələn həftənin əvvəlində güclü yağışlar zərər çəkmiş bölgəyə qayıdacaq.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM