satellite   Azerspace-1: 11135 H 30000

Tbilisidə etirazçılar Prezident sarayının ərazisində daxil olublar - FOTOLAR

Tbilisidə etirazçılar Prezident sarayının ərazisində daxil olublar<font color=red> - FOTOLAR</font> Tbilisidə etirazçılar Prezident sarayının ərazisində daxil olublar<font color=red> - FOTOLAR</font> Tbilisidə etirazçılar Prezident sarayının ərazisində daxil olublar<font color=red> - FOTOLAR</font>

Gürcüstanda keçirilən yerli seçkilərə qatılmayan müxalifət nümayəndələrinin etiraz aksiyası böyüyür.

NTV xəbər verir ki, Tbilisinin Azadlıq meydanında müxalifətin keçirdiyi mitinqdə xalq birliyinin bəyannaməsi oxunub.

 

Təşkilatçılardan biri - "Rustaveli prospekti" hərəkatının lideri Paata Burçuladze vətəndaşları sənəddə yer alan bəndləri dəstəkləməyə çağırıb.

 

Mitinq iştirakçıları Azadlıq meydanından Prezident iqamətgahına doğru yürüş ediblər. Dövlət başçısının Orbeliani Sarayında və ətraf ərazilərdə təhlükəsizlik gücləndirilsə də, etirazçılar Gürcüstan Prezidentinin sarayının ərazisinə daxil olublar.

 

Etirazçılarla polis arasında qarşıdurma olub. Aksiya iştirakçılarına qarşı su şırnaqları tətbiq edilir.

 

Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Tbilisidəki mitinq toplaşma və nümayişlər haqqında qanunun çərçivəsindən çıxıb.

 

Qeyd olunub ki, təşkilatçılar tərəfindən zorakılığa çağırışlar səsləndirilib, onlar Prezident sarayının hasarını zədələyiblər və içəri daxil olmağa cəhd göstəriblər.

 

DİN aksiya iştirakçılarını hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmağa çağırıb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM