satellite   Azerspace-1: 11135 H 30000

UNESCO bu tarixi binanın Ümumdünya İrs Siyahısına salınmasını istəyir

UNESCO bu tarixi binanın Ümumdünya İrs Siyahısına salınmasını istəyir

UNESCO Monteneqronun Kotor körfəzində hazırda “Verige 65” adı ilə turizm obyekti kimi istifadə olunan tarixi binanın Ümumdünya İrs Siyahısına salınmasını istəyir. 

NTV AZƏRTAC-a istinadən xəbər verir ki, UNESCO tezliklə obyektlə bağlı tövsiyələrdən ibarət hesabat hazırlayacaq. Bu sənəd baxılmaq üçün Monteneqro hökumətinə göndəriləcək. 

Qeyd edək ki, Ümumdünya İrs Mərkəzinin və Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndələrindən ibarət məsləhət missiyası fevralın sonunda Kotorda olub. Onlar Monteneqro qurumlarının Kotorun təbii və mədəni-tarixi ərazisinin idarə olunması və qorunması prosesində qarşılaşdıqları əsas problemləri müəyyən ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM