Çin çərşənbə günü Demokratların Konqresə nəzarəti ələ keçirəcəkləri ilə bağlı proqnozlar fonunda ABŞ ilə “konstruktiv strateji münasibətlər” qurmağa çağırıb.
NTV “Sinxua” agentliyinə istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin seçkiləri ABŞ-nin daxili məsələsi adlandırıb və Pekinin Vaşinqtonla əməkdaşlığı davam etdirmək istəyini vurğulayıb.
Mao Pekində jurnalistlərə bildirib: “Çin iki dövlət başçısının əldə etdiyi vacib konsensusun qorunması və həyata keçirilməsi, ünsiyyətin gücləndirilməsi, fikir ayrılıqlarının düzgün idarə olunması, əməkdaşlığın genişləndirilməsi, hörmət və bərabərliyə əsaslanan konstruktiv strateji münasibətlər qurmaq üçün ABŞ ilə işləməyə hazırdır”.
Çinin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp may və sentyabr aylarında keçirilən sammitlər zamanı hörmət, ədalət və qarşılıqlılığa əsaslanan konstruktiv strateji sabitlik münasibətləri qurmaq barədə razılığa gəliblər.
Si Cinpinin bu ayın sonunda Çinin cənubundakı Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsində keçiriləcək sammitdə Donald Trampla görüşəcəyi gözlənilir.
