satellite   Azerspace-1: 11135 H 30000

Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib

Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib

"Ayaz Bey" yedək gəmisi Rumıniya sahillərində batıb, yeddi heyət üzvündən üçü xilas edilib, qalan dördü təxliyədən imtina edib.

NTV  xəbər verir ki, bu barədə Rumıniya mediası ölkənin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat yayıb.

"DİN əməkdaşları Qara dənizdə batan yedək gəmisinin göyərtəsindəki Türkiyə vətəndaşı olan yeddi dənizçinin axtarılması üzrə axtarış-xilasetmə əməliyyatında iştirak ediblər. Ekipajın üç üzvü Niderland bayrağı altında üzən "Odin" yedək gəmisinin göyərtəsinə götürülüb və Rumıniyanın Manqaliya limanına çatdırılacaqlar. Qalan dörd nəfər isə təxliyədən imtina edib", - məlumatda bildirilib.

"Ayaz Bey" yedək gəmisi "Ramazan Bey" yedək gəmisi ilə birlikdə "Mentor" gəmisinin Türkiyə istiqamətində aparılmasında iştirak edib. Əlverişsiz hava şəraiti səbəbindən yedək trosları qırılıb. "Ayaz Bey" yedəyə alınan gəmi ilə toqquşub və batıb.

Əməliyyatda həmçinin Rumıniyanın Dənizdə İnsanların Xilas Edilməsi üzrə Agentliyinin "Ares" axtarış-xilasetmə gəmisi iştirak edib, əməliyyatı Dəniz Xilasetmə Koordinasiya Mərkəzi əlaqələndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM