satellite   Azerspace-1: 11135 H 30000

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket buraxıb.

NTV xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin məlumatına istinadla bildirib.

Məlumata görə, raketlər Şimali Koreyanın Hamgyonqnamdo əyalətindəki Sondok yaşayış məntəqəsindən buraxılıb. Onların ballistik, yoxsa qanadlı raketlər olduğu hələlik dəqiqləşdirilməyib.

Cənubi Koreya hərbçiləri ABŞ ilə birgə döyüş hazırlığını davam etdirdiklərini və mümkün təxribatlara cavab verməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Şimali Koreya noyabrın 2-də qanadlı, oktyabrın 31-də isə ballistik raketlər üçün kasetli döyüş başlıqlarını sınaqdan keçirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM