satellite   Azerspace-1: 11135 H 30000

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Rusiya regional məsləhətləşmə platforması olan “3+3” formatında növbəti görüşün yaxın vaxtlarda keçirilməsini gözləyir.

NTV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransının yüksəksəviyyəli plenar iclasında çıxışı zamanı deyib.

“Bu platformanın iştirakçıları ümumi maraqları birləşdirən gündəliyin reallaşdırılması barədə razılığa gəliblər. Ümid edirik ki, yaxın vaxtlarda bu formatda növbəti görüş keçiriləcək”, – deyə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri bildirib

Regional “3+3” formatı Azərbaycan, Ermənistan və Gürcüstanla yanaşı, Rusiya, Türkiyə və İranın da iştirakını nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM