satellite   Azerspace-1: 11135 H 30000

Çindən kosmosa daha 18 peyk göndərilib

Çindən kosmosa daha 18 peyk göndərilib

Çin “Lijian-2 Y2” daşıyıcı raketi vasitəsilə 18 peyki uğurla kosmosa göndərib.

NTV  “Sinxua”ya istinadla xəbər verir ki, raket noyabrın 3-də yerli vaxtla saat 08:15-də ölkənin şimal-qərbində yerləşən Dunfen kommersiya kosmik innovasiya zonasından buraxılıb. Peyklər Çinin aşağı Yer orbitində fəaliyyət göstərən kommersiya peyk şəbəkəsinin tərkib hissəsidir.

“CAS Space” şirkətinin məlumatına görə, bu, “Lijian-2” raketinin ikinci uçuşu və genişmiqyaslı peyk internet şəbəkəsinin yaradılması üzrə ilk missiyasıdır.

Bildirilib ki, “Lijian” seriyasına aid raketlər indiyədək orbitə bir kosmik gəmi və 139 peyk yerləşdirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM