İngiltərənin “Liverpul” klubunun futbolçusu Rayan Qravenberx UEFA Çempionlar Liqasının IV turunda Türkiyənin “Fənərbağça” komandası ilə keçiriləcək oyunda iştirak etməyəcək.
NTV xəbər verir ki, bu barədə Mersisayd təmsilçisi məlumat yayıb.
Bildirilib ki, niderlandlı yarımmüdafiəçi topuq nahiyəsindən aldığı zədə səbəbindən İstanbul səfərinə aparılmayacaq və komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, “Fənərbağça” – “Liverpul” qarşılaşması noyabrın 4-də keçiriləcək.
