satellite   Azerspace-1: 11135 H 30000

Britaniyada yaxın iki ildə infrastruktura süni intellektlə kiberhücum riski barədə xəbərdarlıq edilib

Britaniyada yaxın iki ildə infrastruktura süni intellektlə kiberhücum riski barədə xəbərdarlıq edilib

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) ölkənin növbəti iki il ərzində süni intellektdən istifadə olunmaqla kritik əhəmiyyətli infrastruktura kiberhücumlara hazır olması barədə xəbərdarlıq edib.

NTV  xəbər verir ki, bu barədə Britaniya mediası NCSC-nin hesabatına istinadən məlumat yayıb.

"Yaxın aylarda biz kiberinsidentlərin sayının son dərəcə artması perspektivi ilə üzləşəcəyik. Lakin biz aydın şəkildə dərk etməliyik ki, bu, süni intellektin bizə hücum etmək üçün yeni yollar icad etdiyinə görə baş vermir. Buna səbəb çox uzun müddət diqqətdən kənarda qalan boşluqların indi aşkarlanaraq olduqca geniş miqyasda istifadə oluna biləcəyidir", - hesabatda NCSC-nin icraçı direktoru Riçard Hornun sözlərinə istinadən deyilir.

O həmçinin qeyd edib ki, süni intellekt sahəsindəki inqilab Britaniya təşkilatlarının öz kibertəhlükəsizliyinin mövcud vəziyyətini yenidən nəzərdən keçirməsinə gətirib çıxarmalıdır. Çünki yeni texnologiyalar yaxın illərdə misli görünməmiş sürətlə və miqyasda boşluqları, çatışmazlıqları və yetərsiz maliyyələşməni üzə çıxaracaq.

Hesabatda qeyd olunur ki, ötən həftə hakimiyyət Böyük Britaniyanın kibermüdafiə üçün süni intellektdən istifadə etməsinə kömək edəcək imkanlara investisiyaların artırıldığını elan edib. Bu investisiyalara "Kiberqalxan" milli proqramının birinci mərhələsinin işlənib hazırlanması üçün 60 milyon funt sterlinq (80,5 milyon ABŞ dolları), yeni Milli Real Vaxt Rejimində Boşluqların və Təhdidlərin Aşkarlanması Mərkəzi üçün (NERV) 70 milyon funt (təxminən 94 milyon ABŞ dolları) və s. daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM