satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Yaroslavl vilayətinə dron hücumu nəticəsində iki nəfər yaralanıb

Rusiyanın Yaroslavl vilayətinə dron hücumu nəticəsində iki nəfər yaralanıb

Rusiyanın Yaroslavl vilayətində yerləşən neft emalı zavoduna edilən böyük dron hücumu müəssisənin infrastrukturuna ziyan vurub, yanğına səbəb olub və iki nəfər yaralanıb.

NTV xəbər verir ki, bu açıqlamanı Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev verib.

O bildirib ki, hava hücumundan müdafiə və elektron müharibə qüvvələri gecə ərzində 124 dron hücumunu dəf edib. Zavodun iki işçisi qəlpə yaraları alıb və xəstəxanaya yerləşdirilib. Müəssisənin ərazisində yanğınsöndürmə işləri davam edir.

Bundan əlavə, vurulan dronların qalıqları bir neçə çoxmənzilli binanın və fərdi evlərin pəncərələrini sındırıb, yerli sakinlərin avtomobillərinə zərər vurub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində ölkənin müxtəlif bölgələri üzərində 856 dron vurulub.

Moskva meri Sergey Sobyanin bildirib ki, 2 noyabr saat 20:30-dan 3 noyabr səhər saat 7:30-dək Moskva vilayəti istiqamətində 493 PUA uçub. Onların əksəriyyəti şəhər kənarında məhv edilib, daha 187 dron isə paytaxta yaxınlaşarkən zərərsizləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM