satellite   Azerspace-1: 11135 H 30000

Tramp: ABŞ qlobal nüfuzunu bərpa edib və hazırda Çindən xeyli irəlidədir

Tramp: ABŞ qlobal nüfuzunu bərpa edib və hazırda Çindən xeyli irəlidədir

ABŞ Prezidenti Donald Tramp ölkəsinin onun administrasiyası dövründə qlobal nüfuzunu bərpa etdiyini və Çinlə müqayisədə xeyli irəlidə olduğunu bildirib.

NTV  xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

O, Çin Sədri Si Cinpinin bir neçə həftə əvvəl ABŞ-yə səfəri zamanı onun fəaliyyətini yüksək qiymətləndirdiyini iddia edib.

Tramp, həmçinin əvvəlki prezident Co Baydenin administrasiyasını tənqid edərək, ABŞ-nin hazırda beynəlxalq aləmdə daha böyük hörmət qazandığını vurğulayıb.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkilər keçirilir. Səsvermə Nümayəndələr Palatasının bütün 435 üzvünün və Senatın 35 üzvünün seçilməsini, eləcə də bir sıra ştatlarda qubernatorların müəyyənləşdirilməsini əhatə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM