satellite   Azerspace-1: 11135 H 30000

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Fransanın daxili işlər naziri Loran Nünez nümayişlər zamanı polisin qumbara və gözyaşardıcı qazdan istifadəni dayandırmayacağını bildirib.

NTV  xəbər verir ki, nazir bunu Milli Assambleyanın Hüquq komissiyasında 2027-ci il büdcəsi ilə bağlı dinləmələr zamanı deputatların suallarını cavablandırarkən bildirib.

O, bu vasitələrin polislərin özlərini müdafiə etməsi üçün zəruri olduğunu vurğulayıb.

Gözyaşardıcı qazın qadınların sağlamlığına təsirləri ilə bağlı sualları cavablandıran nazir bunun zərərli xarakteri barədə məlumatının olmadığını deyib. Onun sözlərinə görə, 2021–2022-ci illərdə aparılmış araşdırmalarda sağlamlığa davamlı zərər aşkarlanmayıb və təsirlər qısa müddətdə aradan qalxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM