satellite   Azerspace-1: 11135 H 30000

Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək

Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçiriləcək. Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

NTV xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff tərəfindən əvvəllər açıqlanan görüş tarixlərini təsdiqləyib.

“Həqiqətən də Rusiya nümayəndə heyəti 10-11 noyabr tarixlərində Əbu-Dabiyə gələcək və üçtərəfli danışıqlarda iştirak edəcək”, - deyə Kremlin sözçüsü bildirib.

O əlavə edib ki, Vladimir Medinski Rusiya tərəfindən baş müzakirəçi olaraq qalır.

Bir müddət əvvəl Stiv Uitkoff qarşıdan gələn danışıqların müharibədən sonrakı təhlükəsizlik, deeskalasiya, humanitar təşəbbüslər və münaqişənin həlli üçün əlavə addımlar mövzusuna yönələcəyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM