Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti oyunları keçiriləcək.
NTV xəbər verir ki, bu gün daha 9 qarşılaşma baş tutacaq.
Türkiyənin “Fənərbağça” klubu doğma meydanda İngiltərə təmsilçisi “Liverpul”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Günün digər görüşlərində Almaniyanın “Borussiya Dortmund” komandası İspaniyanın “Betis” kollektivini qəbul edəcək. İngiltərə təmsilçisi “Arsenal” isə Çexiyada “Slaviya” ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
IV tur
4 noyabr
21:45. “Fənərbağça” (Türkiyə) – “Liverpul” (İngiltərə)
21:45. AEK (Yunanıstan) – “Real Madrid” (İspaniya)
00:00. “Borussiya Dortmund” (Almaniya) – “Betis” (İspaniya)
00:00. “Portu” (Portuqaliya) – “Napoli” (İtaliya)
00:00. PSV (Niderland) – “Brügge” (Belçika)
00:00. “Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə)
00:00. “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə)
00:00. “Lans” (Fransa) – “Komo” (İtaliya)
00:00. “Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan)
