satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

Növbəti ildə ümumi daxili məhsulun məbləği 141 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 2,7 faizlik real artım deməkdir.

NTV xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.

O bildirib ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM 109,1 milyard manat proqnozlaşdırılır. Bu da 2026-cı ilə nisbətən 4,4 faizlik real artım deməkdir.

“Ümumiyyətlə, beş illik perspektivə baxdıqda, - 2023-cü ildən 2027-ci ilə olan dövrü nəzərdə tuturam, - bizim qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulumuz 30 milyard manatlıq bir artım hədəfinə çatacaq. Bu da 38 faizlik bir artım deməkdir”, - deyə nazir vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:56 04.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM