satellite   Azerspace-1: 11135 H 30000

İslamabadda Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib - FOTOLAR

İslamabadda Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib<font color=red> - FOTOLAR</font> İslamabadda Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib<font color=red> - FOTOLAR</font> İslamabadda Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib<font color=red> - FOTOLAR</font> İslamabadda Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib<font color=red> - FOTOLAR</font>

Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Bu barədə NTV-yə  Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Pakistan hökumətinin yüksək səviyyəli rəsmiləri və Pakistan ordusunun yüksək rütbəli zabitləri, Milli Assambleyanın üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, hərbi attaşelər, dövlət və ictimai xadimlər, həmçinin ölkənin tanınmış elm, mədəniyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri İrfan Davudov 44 günlük Vətən müharibəsi və tarixi Zəfər barədə geniş məlumat verib. Səfir bildirib ki, bu şanlı qələbə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və Azərbaycan xalqının birliyi sayəsində mümkün olub.

Tədbirdə Pakistan hökumətini təmsil edən Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatimə Xavaca Pakistan hökuməti və xalqı adından Prezident İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Gününün 6-cı ildönümü münasibətilə səmimiyyətlə təbrik edib.

O, İslamabadda ASAN Xidmət mərkəzinin açılmasına göstərilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib və xüsusilə informasiya texnologiyaları və rəqəmsal sektorlarda əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb. Bildirib ki, Pakistan və Azərbaycan rəqəmsal transformasiya, innovasiya və texnoloji inkişaf sahələrində birgə təşəbbüslərdən faydalana bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM