İngiltərənin “Vest Hem” klubunun yeni baş məşqçisi müəyyənləşib.
NTV klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi bu vəzifəyə Skott Parkeri təyin edib.
46 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Vest Hem” ötən gün portuqaliyalı baş məşqçi Nunu Eşpiritu Santu ilə yollarını ayırıb. Komanda İngiltərə çempionatında 22 xalla 8-ci pillədə qərarlaşıb.
Futbolçu karyerası dövründə “Vest Hem”in kapitanı olmuş Skott Parker daha əvvəl “Fulhem”, “Bornmut” və “Börnli” klublarını İngiltərə Premyer Liqasına yüksəldib.
