satellite   Azerspace-1: 11135 H 30000

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur

Demokratların qələbəsi fonunda dollar və Asiya fond bazarlarında geriləmə müşahidə olunur

ABŞ-də keçirilən aralıq seçkilərin ilkin nəticələri Demokratların qələbə çalması iıə bağlı Konqresdə dəyişiklik olacağı təqdirdə siyasi tıxacın yaranma ehtimalını təsdiqləyir. Belə ki, noyabrın 4-də ABŞ dollarının əsas valyutalara qarşı ucuzlaşması və Asiya fond bazarlarında geriləmə baş verir.

NTV  xarici mediaya istinadla xəbər verir ki, noyabrın 4-ü gecə saatlarında ABŞ dolları Yapon yeninə qarşı 0,53 faiz azalaraq bir dollar üçün 157,86 yenə, avroya qarşı isə 0,40 faiz azalaraq bir dollar üçün 1,1238 avroya düşüb.

Asiya fond bazarlarında da oxşar tendensiya müşahidə olunur: Tokioda “Nikkei” indeksi 3,17 faiz azalaraq 61.079 bəndə düşüb. Seulda “Kospi” indeksi 1,59 faiz azalıb. Taybeydə 0,28 faiz, Sidneydə 0,51 faiz, Honkonqda isə 0,36 faiz azalma qeydə alınıb.

“Pepperstone” broker şirkətinin analitiki Kris Ueston qeyd edib: “Digər tərəfdən, Demokratların böyük qələbəsi bazarları Donald Trampın siyasət gündəliyinin qalan hissəsinin həyata keçirilməsi perspektivlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər. Demokratların Konqres üzərində nəzarəti qanunvericilikdəki tıxac, büdcə məsələlərində fikir ayrılıqları, borc limitinin artırılması ilə bağlı mübahisələr və Konqres araşdırmaları riskini artıracaq”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM