satellite   Azerspace-1: 11135 H 30000

Dağıstanda fövqəladə vəziyyət elan olundu

Dağıstanda fövqəladə vəziyyət elan olundu

Dağıstanın Süleyman-Stalski və Məhərrəmkənd rayonlarında yağan güclü yağışlar fəsadlara səbəb olub.

NTV xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar hər iki rayonda “Fövqəladə hal” iş rejimi tətbiq olunub. Hazırda bölgədə yanğın-xilasetmə qarnizonları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Məlumata görə, fəlakətin nəticələrinin aradan qaldırılması üçün əraziyə 2 min nəfərdən çox şəxsi heyət və 566 ədəd texnika cəlb edilib.

Xüsusilə Süleyman-Stalski rayonunda vəziyyət daha kritik olaraq qiymətləndirilir. Belə ki, güclü sel nəticəsində Küraxçay çayı üzərindəki körpü dağılıb və nəticədə 9 kəndlə əlaqə tamamilə kəsilib. Hazırda əraziyə xüsusi təyinatlı qüvvələr cəlb olunub, piyada keçidi təşkil edilib və rabitənin bərpası istiqamətində işlər aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM