satellite   Azerspace-1: 11135 H 30000

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

Noyabrın 13-də Bakıda İkinci Süni İntellekt Sammiti (AI Summit) keçirilir.

NTV  xəbər verir ki, tədbir dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və texnologiya şirkətlərini bir araya gətirib. Məqsəd süni intellekt sahəsindəki müasir tendensiyaların, yeni texnoloji həllərin və əməkdaşlıq imkanlarının müzakirəsidir.

Tədbir çərçivəsində əsas səhnədə süni intellektin inkişafı ilə bağlı təqdimatlar, müxtəlif sənaye sahələrinə həsr olunan panel müzakirələri, praktiki nümayişlər və ustad dərsləri təşkil edilib.

Proqramda iştirakçılara süni intellekt texnologiyalarını praktiki şəkildə sınaqdan keçirmək, yeni həllərlə tanış olmaq və bu sahədə fəaliyyət göstərən mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq imkanları yaradılır.

Sammit “Uzadılmış indi” konsepti əsasında təşkil olunur. Tədbirdə süni intellektin müxtəlif sahələrdə tətbiqi və Azərbaycanın rəqəmsal inkişaf perspektivləri diqqət mərkəzindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:47 13.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM