satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Livan və İsrail arasında monitorinq üçün beynəlxalq mexanizm yaradılmasını nəzərdən keçirir

ABŞ Livan və İsrail arasında monitorinq üçün beynəlxalq mexanizm yaradılmasını nəzərdən keçirir

ABŞ Prezidenti Donald Trampın administrasiyası BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) missiyası başa çatdıqdan sonra Livan və İsrail arasında üçtərəfli sazişin monitorinqi üçün beynəlxalq mexanizmin yaradılması imkanını araşdırır.

NTV xəbər verir ki, bu barədə "Asharq Bloomberg"in Vaşinqton bürosunun rəhbəri Hiba Nasr "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Misirdə yerləşdirilmiş Çoxmillətli Qüvvələr və Müşahidəçilər (MFO) nümunəsində mexanizm nəzərdən keçirilir. Bu məsələ ilə fəal şəkildə məşğul olan ABŞ dövlət katibi Marko Rubio bir neçə gün əvvəl mülki müşahidə missiyasının yaradılması ehtimalı mövzusunu qaldırıb.

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Mayk Uoltsun noyabrın 16-17-də Livana səfər etməsi gözlənilir. Səfər zamanı o, prezident Cozef Aun, baş nazir Navaf Salam və parlamentin sədri Nabih Berri ilə görüşməyi planlaşdırır.

Nasr həmçinin qeyd edib ki, Vaşinqton bu təşəbbüsü Avropa tərəfdaşları, xüsusən Fransa və İtaliya ilə müzakirə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:47 13.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM