ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Ukrayna ilə bağlı daha bir danışıqlar raundunun təşkilini planlaşdırdıqlarını açıqlayıb.
NTV xəbər verir ki, o, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra Dublində jurnalistlərə bildirib.
“Birləşmiş Ərəb Əmirliklərində yaxşı görüş keçirdik. İndi daha bir görüş planlaşdırırıq”, – deyə Vitkoff qeyd edib.
O, növbəti danışıqların nə vaxt, harada və hansı formatda keçiriləcəyinə dair əlavə məlumat verməyib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi, həmçinin amerikalı vasitəçilərin Ukrayna münaqişəsinin həlli istiqamətində intensiv işləmək əzmində olduqlarını vurğulayıb.
