satellite   Azerspace-1: 11135 H 30000

Süd vəzi xərçəngini erkən mərhələdə aşkarlayan yeni metod hazırlanıb

Süd vəzi xərçəngini erkən mərhələdə aşkarlayan yeni metod hazırlanıb

İsrail alimləri xarici həmkarları ilə əməkdaşlıq şəraitində süd vəzi xərçəngini erkən mərhələdə aşkarlaya və müalicədən sonra təkrarlanma riskini proqnozlaşdıra bilən qan analizi metodu hazırlayıblar.

NTV  “The Times of Israel” nəşrinə istinadla xəbər verir ki, bu barədə İsrailin Veyzman İnstitutu çərşənbə günü verdiyi açıqlamada bildirib. Beynəlxalq tədqiqatçılar qrupunun bu kəşfi “Nature” jurnalında dərc edilib. Analiz qanda xərçəng hüceyrələrinin kiçik izlərinin davranışını əks etdirən kimyəvi prosesləri təhlil edir.

Tədqiqatçılar, həmçinin xərçəngin nisbətən zərərsiz görünən hissəsində də şişlərdə xüsusilə aqressiv hüceyrələrin kiçik bir qrupunu müəyyən ediblər. Bu hüceyrələr müalicədən sonra xərçəngin təkrarlanmasına səbəb ola bilər.

Həmin hüceyrələrlə əlaqəli spesifik markerləri aşkar edəcək qan analizi təkrarlanma riski daha yüksək olan xəstələri müəyyən etməyə və həkimlərə daha uyğun müalicə üsullarını seçməyə kömək edəcək.

Yeni metod süd vəzi xərçəngini erkən mərhələdə 95 faiz dəqiqliklə aşkar edib və təkrarlanma ehtimalını 81 faiz proqnozlaşdırıb.

İsrail Xərçəng Assosiasiyası bildirir ki, bu ölkədə hər il təxminən 4500 qadına süd vəzi xərçəngi diaqnozu qoyulur və təxminən 900 nəfər bu xəstəlikdən ölür. Hazırda süd vəzi şişləri gen ifadəsi modellərinə əsasən təsnif edilir və müalicə olunur. Lakin bu modelləri idarə edən epigenetik etiketlər əsasən xəritələşdirilməmiş qalıb. Yeni tədqiqatda bu şişlərinin epigenetik imzaları deşifrə edilir.

Epigenetika genetik kodun özünü dəyişdirmədən hansı genlərin aktiv və ya söndürüldüyünü diktə edən kimyəvi dəyişikliklərə aiddir. Bu markerlər xərçəngin inkişafının çox erkən mərhələsində dəyişir, habelə şişin bədəndə harada kök saldığı barədə vacib məlumatlar verir.

Daha əvvəl bildirilirdi ki, dəri xərçənginin ən çox yayılmış formalarından biri olan dəri skuamöz hüceyrəli karsinomasının (SCC) nisbətləri Avstraliya və Avropada nəsillər boyu davamlı olaraq artıb və artım ümumiyyətlə kişilərə nisbətən qadınlar arasında daha çox hiss olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM