satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.

NTV xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində atılan addımların davam etdiriləcəyi vurğulanıb.

Liderlər avqustun 7-də imzalanan Məkkə Birgə Müdafiə Sazişinn Türkiyə ilə Pakistan arasında həmrəyliyi daha da gücləndirdiyini ifadə ediblər.

Ankara ilə İslamabadın İran ətrafındaki böhranın sona çatması üçün birlikdə səy göstərəcəyi qeyd edilib.

Prezident Ərdoğan bildirib ki, Türkiyə Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həlli üçün lazımi dəstəyi göstərməyə hazırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM