satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi daxilolmaları artıb

Naxçıvanda vergi daxilolmaları artıb

NTV xəbər verir ki, 2026-cı ilin yanvar – oktyabr aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 231,7 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10,9 faiz və ya 22,8 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 174,9 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 18,5 faiz və ya 27,3 milyon manat artıb.

Ödənilən vergilərin 75,5 faizi qeyri-dövlət sektorunun, 24,5 faizi isə dövlət sektorunun payına düşüb.

2026-cı ilin yanvar – oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 3,8 milyon manatdan çox olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM