satellite   Azerspace-1: 11135 H 30000

Çin və Cənubi Koreya XİN rəhbərləri Pxenyanla bağlı məsələləri müzakirə edəcək

Çin və Cənubi Koreya XİN rəhbərləri Pxenyanla bağlı məsələləri müzakirə edəcək

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun noyabrın 13-14-də Çinə səfəri zamanı çinli həmkarı Van İ ilə Şimali Koreyaya dair məsələləri və ikitərəfli münasibətləri müzakirə edəcək.

NTV  Cənubi Koreya Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, nazirlər Koreya yarımadasındakı vəziyyət və digər regional məsələlər ətrafında geniş müzakirələr aparmağı planlaşdırırlar.

Bu səfər Cənubi Koreya Prezidenti Li Ce Myunun noyabrın 18-19-da Çinin Şencen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak üçün Çinə planlaşdırılan səfəri ərəfəsində baş tutacaq. Sammit çərçivəsində Çin, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşü gözlənilir. Bundan başqa, Prezident Donald Trampın Asiyaya səfəri zamanı Şimali Koreya lideri Kim Çen In arasında da görüşün baş tuta biləcəyinə dair ehtimallar irəli sürülüb.

Şahin Cəfərov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM