satellite   Azerspace-1: 11135 H 30000

Avrokomissiya Belçikada dəniz külək enerjisi layihəsinə 2 milyard avroluq dəstəyi təsdiq edib

Avrokomissiya Belçikada dəniz külək enerjisi layihəsinə 2 milyard avroluq dəstəyi təsdiq edib

Avropa Komissiyası Belçikanın Şimal dənizindəki Princess Elisabeth zonasında ilk dəniz külək elektrik stansiyasının tikintisi və istismarı üçün 2,04 milyard avro dəyərində dəstək sxemini təsdiq edib.

NTV xəbər verir ki, stansiyanın maksimum gücü 735 meqavat olacaq və hər il 2,6 teravat-saata qədər bərpa lunan elektrik enerjisi istehsal edəcək. Komissiyanın vitse-prezidenti Teresa Ribera açıqlamasında deyib: "Özümüzün istehsal etdiyimiz enerji idxal etməli olmadığımız enerjidir".

O, layihənin həm enerji müstəqilliyini, həm də karbonsuzlaşdırmanı gücləndirəcəyini vurğulayıb.

Qeyd edilib ki, Aİ bu layihə üçün 2024-cü ildə Ukraynadakı müharibə ilə bağlı müvəqqəti böhran çərçivəsində 682 milyon avro dövlət yardımını təsdiq etmişdi. Lakin Belçika şəbəkə infrastrukturu xərclərinin kəskin artması səbəbindən tenderi dayandırdığı üçün dəstək 2025-ci il dekabrın 31-dək olan son tarixə qədər verilə bilməyib. Dəstək iki istiqamətli fərq müqaviləsi formasında olacaq.

Bu mexanizmə əsasən, bazar qiymətləri razılaşdırılmış səviyyədən aşağı düşdükdə hökumət istehsalçıya kompensasiya ödəyəcək, qiymətlər həmin səviyyədən yuxarı qalxdıqda artıq gəliri geri alacaq. Mexanizmin əsas xüsusiyyəti ondan ibarətdir ki, dəstək şəbəkəyə faktiki ötürülən elektrik həcminə deyil, stansiyanın nəzəri gücünə əsasən hesablanacaq. Bu, mənfi qiymət dövrlərində istehsalın subsidiyalaşdırılmasının qarşısını alır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM