satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-İran gərginliyinin neft bazarına təsiri davam edir

ABŞ-İran gərginliyinin neft bazarına təsiri davam edir

ABŞ Prezidenti Donald Trampın İranla razılaşma əldə etməkdən imtina edə biləcəklərini açıqlaması və Yaxın Şərqdə enerji təchizatını pozan müharibənin başa çatdırılmasına yönəlmiş diplomatik səylərlə bağlı ümidləri zəiflətməsi neft qiymətlərinin artımını dəstəkləyib.

NTV  xəbər verir ki, “Brent” markalı xam neftin bir bareli hazırda 96 dollar ətrafında ticarət olunur. “Light” markalı xam neftin bir barelinin qiyməti isə 88 dollar səviyyəsindədir.

Trampın vitse-prezident Cey Di Vensə Tehranla danışıqlar aparmaq əvəzinə daxili məsələlərə diqqət yetirməyi tapşırması tərəflər arasında davam edən qeyri-rəsmi diplomatik təmaslara mənfi təsir göstərib. Bu addım müharibənin diplomatik yolla həll ediləcəyinə dair gözləntiləri də zəiflədib.

Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib: “İranla razılaşmaya ehtiyacımız yoxdur. Həmin günlər çoxdan geridə qalıb. Onların yüz milyardlarla dollar vəsaiti bizim nəzarətimizdədir, Hörmüz boğazı da bizim əlimizdədir”.

Dünya bazarında əsas göstəricilərdən biri hesab olunan “Brent” markalı neft oktyabrın sonunda son 6 ayın ən yüksək qiymətinə çatdıqdan sonra ucuzlaşmağa başlayıb. Yaxın Şərqdən neft tədarükünün artması, eləcə də ABŞ-də aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsinin İranla münaqişənin başa çatmasını sürətləndirəcəyinə dair gözləntilər qiymətlərin aşağı düşməsinə səbəb olub.

Bununla belə, son ucuzlaşmaya baxmayaraq, neft fyuçerslərinin qiyməti cari ildə hələ də təxminən 60 faiz yüksək səviyyədə qalır

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:47 13.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM