satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Mina problemindən zərərçəkmişlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunacaqlar.

NTV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri"ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərar "Minatəmizləmə fəaliyyəti haqqında" qanunun icrası ilə əlaqədar olaraq imzalanıb.

Sənədə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq zərərçəkmişlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM