Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin sentyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən NTV-yə bildirilib ki, vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2026-cı ilin sentyabr ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik.
