satellite   Azerspace-1: 11135 H 30000

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb - FOTOLAR

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font>

İrandan Azərbaycana Pilotsuz Uçuş Aparatı (PUA) vasitəsilə narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə NTV-yə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanıb.

Sərhəd dəstəsinin xidməti ərazisində saat 01:30-da İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə keçirilən 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, saat 04:10-da isə paraplan vasitəsilə keçirilən 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM